Bu ölkədə koronavirus xəstəsi qalmadı

Bu ölkədə koronavirus xəstəsi qalmadı

Hind okeanında yerləşən Movritaniya ada ölkəsində bütün COVID-19 xəstələri sağalıb.

101.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

344 nəfərin infeksiyaya yoluxduğu, 10 nəfərin öldüyü ölkədə son xəstənin sağalması ilə pandemiya başa çatıb.

Afrika qitəsinə aid olan ölkənin sərhədləri 31 avqusta qədər qapalı qalacaq.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma may ayında sıfırlanmış, 17 gün boyunca yeni xəstə aşkarlanmamışdı.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR