"Sevil-Sevinc kimi oxşarlığımız yoxdur" - Gülyanaq Məmmədova

"Sevil-Sevinc kimi oxşarlığımız yoxdur" - Gülyanaq Məmmədova

"Hər zaman toya birlikdə dəvət edilmirik. Ayrı-ayrı çox dəvətlər olub. Onsuz birimiz də getsək, deyirlər, bacılar oxuyur. Düzdür, bizim Sevil-Sevinc kimi oxşarlığımız yoxdur".

101.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "7 canlı" proqramında deyib. Müğənni toyda başına gələn hadisədən danışıb:

"Bir ailə var idi, Gülyaz (bacısı, Xalq artisti Gülyaz Məmmədova - red.) onların məclisini oxumuşdu. Bir dəfə yenə toya çağırdılar, işi var idi məni göndərdi. Toyda oxumadığım qalmadı, axırda dedilər, biz Gülyazı çox istəyirik.

Səhv toya getdiyimiz hal da olub. Ünvanı düz verməmişdilər, səhv getdik. Əlimizdən gələni etdik, 45 dəqiqə dayanmadan oxuduq. Ramiz Əzizbəyli orada aparıcı idi. Bir də telefona zəng gəldi ki, hardasız? Bildik ki, səhv gəlmişik. İndi həmin adam bizim qudamızdır. Onların qızını aldıq".



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR