Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar

Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar

Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

101.az xəbər verir ki, hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü istismardan çıxarılıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR