Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. 101.az bildirir ki, bu barədə “Postimees” quruma istinadən xəbər verib.

“Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar”, - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Qeyd edək ki, Estoniyada 2 091 nəfər koronavirusa yoluxub, 63 xəstə vəfat edib, 1 937 nəfər sağalıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR