Büdcədə ÜDM azaldılır - RƏSMİ

Büdcədə ÜDM azaldılır - RƏSMİ

2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması məqsədilə hazırlanmış müvafiq sənəd və məlumatlarda ümumi daxili məhsulun (ÜDM) cari il üçün göstəricisi konkret olaraq göstərilməyib.

101.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı hazırladığı rəydə yazılıb.

Bildirilib ki, təqdim olunmuş izahatda büdcə gəlirlərinin ÜDM-ə nisbətinin 35,3 faiz olması qeyd edilib.

“Aparılmış hesablamalar 2020-ci il üçün ÜDM-in nominal ifadədə 68 milyard 339 milyon 900 min manat nəzərdə tutulduğunu göstərir. Eyni zamanda, real ifadədə ÜDM-in 5 faiz azalacağı proqnozlaşdırılıb”.

Beləliklə, ÜDM-in nominal ifadədə proqnozu 14 milyard 981 milyon 600 min manat, artım tempi isə səkkiz faiz bəndi azaldılıb. Əvvəlki proqnozda 3 faiz artım nəzərdə tutulmuşdu.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR