Beyrutdakı partlayış zamanı limanda “Palmali”nin də gəmisi olub

Beyrutdakı partlayış zamanı limanda “Palmali”nin də gəmisi olub

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"ə məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

101.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirib.

““Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur. Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”, - deyə F.Quliyeva söyləyib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR