Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər

Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər

Madrid meri Xose Luis Martines-Almeyda Bonapart tunelinin bərpası və açılışı üzrə planın yenilənməsi barədə təklifi şəhər şurasına təqdim edib. Bu təklif bəyəniləcəyi təqdirdə Madrid sakinləri və turistlər şəhərin indiyədək bağlı qalan bu görməli yerini ilk dəfə olaraq görmək imkanı əldə edəcəklər.

101.az xəbər verir ki, tunelin bərpası və açılışı üzrə planın təsdiqlənməsinə bir neçə dəfə cəhd göstərilsə də, indiyə qədər ondan istifadə olunmayıb. Tunelin 55 metr uzunluqda böyük hissəsi öz əvvəlki zahiri görkəmini saxlayıb, lakin bəzi hissələri 2011-ci ildə yenilənib.

Bundan başqa, tunel maraq doğuran mədəniyyət obyekti statusuna malik deyil.

Bildirilir ki, layihəyə təqribən 500 min avro ayırmaq nəzərdə tutulub. Bundan məqsəd isə 2020-2021-ci illərdə planlaşdırılan Kral Kolleksiyası Muzeyinin açılışından əvvəl tuneli şəhər sakinləri və qonaqlar üçün əlçatan etməkdir. Vandalizmdən yarana biləcək ziyanın və insanların bir yerə toplanmasının qarşısını almaqdan ötrü ziyarətçilərin sayının məhdudlaşdırılması sxemindən istifadə etmək nəzərdə tutulur.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR