Koronavirus analizinin nəticəsi ilə bağlı daha bir narazılıq

Koronavirus analizinin nəticəsi ilə bağlı daha bir narazılıq

“COVİD-19” virusundan test verən şəxsə cavabın bir gün öncəki tarixlə göndərilməsi ilə bağlı məlumata rəsmi münasibət bildirilib. Belə ki, sosial şəbəkələrdə Elşən Hüseynsoy adlı şəxs avqustun 4-də test versə də, cavabın 3 avqust tarixi ilə göndərildiyini bildirib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, həmin şəxs analizi özəl klinikada verib: “Burada TƏBİB-lik bir iş yoxdur. Özəl laboratoriya cavabları necə göndərirsə, TƏBİB də e-tətbiqə o formada yükləyir. Əgər cavab köhnə tarixlə göndərilibsə, bunun səbəbini vətəndaşın analiz verdiyi özəl klinika açıqlaya bilər. Bunun üçün vətəndaş analiz verdiyi klinikaya müraciət edə bilər”.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR