Daşkəsəndə odlu silahla qətl törədən şəxs HAKİM QARŞISINDA

Daşkəsəndə odlu silahla qətl törədən şəxs HAKİM QARŞISINDA

Daşkəsən rayonunda qətl törətməkdə təqsirli bilinən Elbrus Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

101.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalarla meyitin Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aid olduğu təsdiqlənib. Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu həbs olunub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR