Şəmkirdə sərxoş şəxs iş yoldaşını bıçaqlayıb

Şəmkirdə sərxoş şəxs iş yoldaşını bıçaqlayıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

101.az xəbər verir ki, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Mixail Quliyev iş yoldaşı olan, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Quliyevlə yiyib-içən zaman aralarında mübahisə yaranıb.

Nəticədə M.Quliyev iş yoldaşını bıçaqlayıb. Xəsarət alan S.Quliyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Quliyev isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR