Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7:00 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş iki nəfərin şəhər sakini T.Fətullazadəni döyərək, içərisində 60-70 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işinə başlanılıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR