Prosineçki “Kayserispor”dan ayrıldı

Prosineçki “Kayserispor”dan ayrıldı

“Kayserispor” baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

101.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

Superliqa klubunun rəhbərliyi yeni mövsümlə bağlı planlarında Prosineçki ilə eyni fikirdə olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir.

Qeyd edək ki, millimizin sabiq baş məşqçisi “Kayseripor”u 19 oyuna çıxarıb. 6 qələbə qazanan, 5 heç-heçə edən və 8 dəfə uduzan Kayseri təmsilçisi başa çatn mövsüm 18 komanda arasında sonuncu olub. Lakin Superliqa ilə bağlı verilən son qərara əsasən komanda elitanı tərk etməyəcək.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR