Şəmkirdə dəhşətli yol qəzası baş verib

Şəmkirdə dəhşətli yol qəzası baş verib

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücü ölüb.
101.az məlumat verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan avtomobil maneə çırpılıb. Məlumata görə, ölənlər "VAZ-2106" markalı, 57 CA 646 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, rayonun Sabirkənd kənd sakini, 1987-ci il təvəllüdlü Emin Tahir oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Ayaz Dilən oğlu Allahverdiyevdir.
Yaralıların isə Sabirkənd kənd sakinləri - 1998-ci il təvəllüdlü Elamin Elçin oğlu Əmiraslanov və onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Mübariz oğlu Əmiraslanov olduğu bildirilir.
Yaralılar Gəncə şəhərində yerləşən özəl xəstəxanaya aparılıblar.
Qeyd edək ki, qəzaya düşənlər rayonun Sabirkənd kəndindən Zəyyəm Cırdaxan kəndində yerləşən şadlıq sarayında keçirilən toy mərasiminə gedirlərmiş.
101.az (report)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR