Beyrutda partlayışda ölən ermənilərin sayı artmaqda davam edir

Beyrutda partlayışda ölən ermənilərin sayı artmaqda davam edir

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda daha 2 erməninin öldüyü məlum olub.

101.az xəbər verir ki, partlayışda ölən ermənilərin sayı 13-ə çatıb.

Bildirilib ki, hadisə nəticəsində 250 erməni yaralanıb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

101.az (“Report”)

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR