Bloomberg: Mark Sukerberqin sərvəti 100 milyard dolları ötüb

Bloomberg: Mark Sukerberqin sərvəti 100 milyard dolları ötüb

ABŞ-ın “Facebook” kompaniyasının rəhbəri Mark Sukerberqin varidatı 100 milyard dolları ötüb.

101.az xəbər verir ki, bu barədə məlumat Bloomberg agentliyinin tərtib etdiyi milyarderlər reytinqində (Billionaires Index) yer alıb.

Mark Sukerberq reytinqdə sərvətə 100 milyard dolları ötən üçüncü şəxs olub. Ondan əvvəl bu həddi ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos (190 milyard dollar) və “Microsoft” kompaniyasının banisi Bill Qeyts (120 milyard dollar) keçmişdi.

Agentliyin məlumatına görə, Mark Sukerberq 2020-ci ildə 22 milyard dollardan çox kapital toplayıb.

Qeyd edək ki, “Facebook” kompaniyasının əsası 2004-cu il fevralın 4-də Harvard Universitetində təhsil alan Mark Sukerberq və onun üç tələbə yoldaşı tərəfindən qoyulub. Kompaniya mütəxəssislərinin məlumatına görə, bütün dünyada 2,7 milyard insan ən azı ayda bir dəfə kompaniyaya məxsus servislərdən birindən istifadə edir. Bu siyahıya “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “WhatsApp” və “Messenger” əlavələri daxildir.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR