Avropa İttifaqı sərhədlərin açıldığı ölkələrin sayını azaltdı

Avropa İttifaqı sərhədlərin açıldığı ölkələrin sayını azaltdı

Avropa İttifaqı Şurası koronavirus pandemiyası dövründə təşkilata üzv olan dövlətlərin ərazisinə giriş icazəsi verilən ölkələrin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Gazeta.ru quruma istinadən məlumat yayıb.

Siyahıdan Mərakeş çıxarılıb. Bununla belə, Avstraliya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis, Uruqvay və Yaponiya əvvəlki kimi siyahıda yer alıb.

Siyahıda həmçinin Çin də var. Lakin Çin vətəndaşlarının Avropaya gəlişinə yalnız bu ölkənin özünün avropalılar üçün sərhədi açmasından sonra icazə veriləcək.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR