Goranboyda yaşayış evinə ilanlar daraşıb
Rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.
M.Muxtarov 101.az saytına səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdüyünü söyləyib. Yaz fəslinin olmasına baxmayaraq, evdə və həyətdə 10-dan çox ilanın göründüyünü deyən goranboy sakini, yayda buna daha çox rast gələcəklərindən qorxduğunu bildirib. M.Muxtarov sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparıldığına baxmayaraq, ilanların sayının günü-gündən artdığını qeyd edib.
Bildirək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda sürünənlərə rast gəlinir.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər