Professor Həsənbala Sadıqov kitabı ilə Cümhuriyyət tariximizə yeni bir işıq saldı

Professor Həsənbala Sadıqov kitabı ilə Cümhuriyyət tariximizə yeni bir işıq saldı

101.az xəbər verir ki, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası ” adlı kitabı nəşr edilib.
Monoqrafiyada AXC-nin Gəncə şəhərində fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 200-dən artıq hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunur. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.
Kitab tarixçi və tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR