Fransa millisinin sabiq baş məşqçisi Anri Mişel vəfat edib

Fransa millisinin sabiq baş məşqçisi Anri Mişel vəfat edib

101.az xəbər verir ki, Fransa millisinin sabiq oyunçusu və baş məşqçisi 71 yaşında dünyasını dəyişib.
Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. Anri DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot-Divuar, Ekvatoriyal, Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.
101.az (mənbə RFI radiosu).
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR