Yaxşı bişməyən ətin fəsadları acınacaqlı ola bilər

Yaxşı bişməyən ətin fəsadları acınacaqlı ola bilər

101.az xəbər verir ki, İzmir Sağlamlıq mərkəzinin müdiri Bediha Türkyılmaz, qırmızı ətdə olan doymuş yağ qanın xolesterol səviyyəsini qaldıraraq ürək xəstəliklərinə yol açdığını bildirib. Həkim yağlı ətin insana ziyanlı olduğunu deyərək yağsız və ya az yağlı ətlər yeməyi məsləhət görüb: "Yeni kəsilmiş heyvan ətini o dəqiqə bişirmək məsləhət deyil. Ət sərt olduğu üçün həzmdə problem yaradır. Odur ki, ətlər kəsildikdən sonra 1 gün soyuducuda saxlanılmalıdır. Bu, ətin suyunu çəkməsinə və bişirilməyə uyğun hala gəlməsinə kömək edəcək. Xüsusən mədə-bağırsaq problemləri olanlar buna diqqət etməlidilər. Ətin bişirilmə üsulu ətin keyfiyyətinə, dadına təsir edir. Buna görə ətin necə bişirilməsi önəmlidir".
Eləcə də o, qeyd edib ki, ətin necə bişməsi də çox önəmlidir. Ən böyük səhvimiz ağız dadımıza uyub sağlamlığımızı ikinci plana atmağımızdır. Ətin ən yaxşı bişirilmə üsulu qızartma və qaynatmaqdı. Ət bişirərkən ətin ocaqla daha sıx təmasda olmasına imkan verməyin. Bu, ətdə həm xərçəng hüceyrələrinin yaranmasına, həm də ətdəki B1, B12, fol turşusu vitaminlərinin məhvinə səbəb olur. Əti bişirərkən onun içinin tam bişdiyinə əmin olun.
Çiy, ya da az bişmiş ət qida zəhərlənməsinə gətirib çıxara, bundan başqa heyvandakı bir çox xəstəliklər insanlara yoluxa bilər. Bu xəstəliklər hamilə qadınlarda uşaq düşməsinə səbəb olan toksoplozma ilə illərlə insan vücudlarında yaşayır, orqanizmi zəiflədir.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR