ABŞ “robot itlər”i sınaqdan keçirir

ABŞ “robot itlər”i sınaqdan keçirir

ABŞ Hərbi Hava Qüvvələri qurudakı bazaların təhlükəsizliyində xidmət edəcək “robot itlər”i sınaqdan keçirib.

101.az-ın məlumat verir ki, “robot itlər” “Ghost Robotics” tərəfindən hazırlanan dördayaqlı robotlardır.

Şirkətin “Vision 60” tipli robotları hərbi bazaların yaxınlığında kəşfiyyat, aşkar etmək və xəritə çəkmək kimi bir çox vəzifəni yerinə yetirəcək.

Bu robotların əvvəl hazırlanan insansız yerüstü nəqliyyatlardan daha üstün olduğu bildirilir.

Pentaqon Qabaqcıl Döyüş İdarəetmə Sisteminin inkişafı üçün beş il ərzində 3,3 milyard dollar xərcləməyi planlaşdırır.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR