Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

101.az xəbər verir ki, APA-nın xəbərinə görə, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb
Qeyd edək ki, Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
101.az (mənbə - apa)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR