Türkiyədən Azərbaycana sement idxalı azalıb

Türkiyədən Azərbaycana sement idxalı azalıb

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,83 faiz azalaraq 22,367 milyon dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyə Azərbaycana 2,969 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 28,74 faiz azdır.

2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 2,388 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.

Son 12 ay ərzində (avqust 2019-cu il – avqust 2020-ci il) Türkiyə 3,568 milyard dollar məbləğində sement ixrac edib.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR