Motosiklet qoyun sürüsünə girdi, 2 nəfər yaralandı

Motosiklet qoyun sürüsünə girdi, 2 nəfər yaralandı

Şəkidə motosiklet qəzası baş verib.

101.az-ın məlumatına görə, Şəkinin Qayabaşı kənd ərazisində rayonun Sarıca kənd sakini 1975-ci il təvəllüdlü İsayev Bazarbəy Rza oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yolda qoyun sürüsünə girib.Hadisə nəticəsində sürücü B.İsayev və motosikletdə olan həmkəndlisi 1985-ci il təvəllüdlü Abdullayev Səxavət Mürvət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR