ABŞ-da yanğın qurbanlarının sayı artdı

ABŞ-da yanğın qurbanlarının sayı artdı

ABŞ-ın Oreqon ştatında təbiət yanğınları nəticəsində 10 nəfər həlak olub, daha 22 nəfər itkin düşmüş hesab edilir.

101.az-ın məlumatına görə, bu barədə bazar ertəsi ştatın Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri Endrü Felps və qurbernator Keyt Braun mətbuat konfransında bildiriblər.

“Təəssüf ki, yanğınlarla bağlı on qurbanın olması barədə öyrəndik. Bunu bizim məhkəmə-tibb ekspertlərimiz təsdiqlədi”, - Braun məlumatlandırıb. Qubernator bildirib ki, təbii fəlakət qurbanlarının sayı artacaq.

“Bugünkü vəziyyətə görə, yanğınlarla əlaqədar 22 nəfər itkin düşmüş sayılır”, - Felps deyib.

“CNN” telekompaniyasının məlumatına görə, ABŞ-ın qərbində təbiət yanğınlarının qurbanlarının sayı artaraq 34-ə yüksəlib. Daha ağır vəziyyət Oreqon və Kaliforniya ştatlarında qalmaqdadır. Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatlarına görə, on qərb ştatında 87 iri meşə yanğını yanıb-sönür. Onların ümumi sahəsi, təxminən, 1,8 milyon hektardır.


101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR