“WhatsApp”da nasazlıq yarandı

“WhatsApp”da nasazlıq yarandı

“WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

101.az xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

Sözügedən çətinliklərlə yalnız v2.20.200.7 və v2.20.200.8 versiyalarını işlədən “Android” istifadəçilərinin üzləşdiyi bildirilir. Belə ki, daha köhnə versiyanı yükləməklə bu nasazlıqdan qurtulmaq mümkündür.

“WhatsApp”dan məsələyə dair fikir bildirməyiblər.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR