II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu davam edir. Sözügedən şəxslər 21 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, II mərhələ üzrə 3200-dən artıq şəxs sənədlərini qəbul olduqları peşə təhsil müəssisələrinə təqdim edib.

Sənəd qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilib.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR