Stress necə yaranır?

Stress necə yaranır?

Stress insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, müəyyən qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi emosional haldır.

101.az-ın məlumatına görə, stress qəflətən təhlükəli mürəkkəb şəraitdə təcili müstəqil qərar qəbul etmək lazım gəldikdə, insanda özünü biruzə verən haldır.

Stress 3 mərhələdə baş verir:

Birinci mərhələdə həyacanlılıq, narahatlıq vəziyyəti baş verir. Bu zaman tənəffüsün tezliyi artır, qanın biokimyəvi tərkibi dəyişir, ürək-damar sistemində yüngül dəyişikliklər baş verir.

İkinci mərhələdə orqanizmin müqaviməti, təfəkkür, işgüzarlıq aşağı düşür.

Üçüncü mərhələdə insanda zəifləmə, insanım enerjisinin tükənməsi müşahidə edilir. Bu mərhələdə emosional partlayış baş verə bilir, yəni insan ölə bilər. Bu mərhələ insanın sağlamığında iz qoyan bir mərhələdir. Üçüncü mərhələdə fizioloji və iradi zəifləmə, hafizənin pisləşməsi, diqqətin azalması, baş ağrıları, yorğunluq, qorxu, küskünlük, hirslənmə, özünə qapanma kimi hisslər baş qaldırır.

Üçüncü mərhələ xəstələrdə nevroz, psixomatik pozğunluqlarla müşahidə edilir.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR