Xurmanın insan orqanizmi üçün zərərləri məlum oldu

Xurmanın insan orqanizmi üçün zərərləri məlum oldu

“Mədə-bağırsaq pozuntusu olan insanların xurma yeməsi məqsədəuyğun deyil".

101.az xəbər verir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib.

Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər.

“Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin var. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir”, - uzman vurğulayıb.

A.İvaşkeviç izah edib ki, tanin turşuları nazik bağırsağın sekresiyasını azaldır və peristaltikanı pisləşdirir. Diyetoloq gündəlik 3 meyvədən çox yeməməyi, həmçinin xurmanı uşaq rasionuna əlavə etməməyi tövsiyə edib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR