"Ədalət Şükürov mahnını əlimdən alıb Sevdaya verdi"

"Ədalət Şükürov mahnını əlimdən alıb Sevdaya verdi"

Əməkdar artist Ədalət Şükürovla müğənni Gülay Zeynallı arasında mahnı qalmaqalı yaşanıb.

101.az xəbər verir ki, bu haqda Gülay "7 canlı" proqramında qonaq olarkən deyib. O bildirib ki, Şükürovdan mahnı istəyib:

"Mahnını verdi, amma sonra əlimdən aldı və başqa xanım ifaçı oxudu".

Verilişdə yer alan Ə.Şükürov isə "Mahnını verdim, gözlədim oxumadı. Hər dəfə soruşurdum, deyirdi, oxuyacam. Ay Gülay, mahnı nə oldu? Deyir, oxuyacam, gözlə, işim çoxdur. Sonuncu dəfə soruşanda yenə eyni sözü dedi. Qayıtdım ki, mahnı getdi. Dedi, niyə, istəməzdim belə olsun" cavabını verib.

Gülay daha sonra bildirib ki, mahnını həmkarı Sevda Yahyayeva ifa edib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR