Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb

Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb

Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, sentyabrın 17-də saat 3 radələrində evə daxil olan üç maskalı şəxs S.Abdullayevin atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan bir ədəd bıçaq aşkar edilərək götürülüb.


101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR