Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı

Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı

Kanada avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşnenkonun legitimliyini tanımaqdan imtina edən ölkələrin sırasına qoşulub.

101.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Fransua Flipp Şampanın rəsmi açıqlamasında deyilir.

Bundan başqa, “Reuters” agentliyi yazır ki, Kanada, ABŞ və İngiltərə Belarusa qarşı sanksiyalar hazırlayır.

Qeyd edək ki, daha əvvəl ABŞ, Almaniya, Slovakiya, Çexiya, Danimarka, Niderland, Polşa, Ukrayna və s. dövlətlər A.Lukaşenkonun qanuni olaraq prezident seçilmədiyini elan etmişdilər.


101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR