Ağstafada evə basqın edilib, qadın qətlə yetirilib, qızı isə bıçaqlanıb

Ağstafada evə basqın edilib, qadın qətlə yetirilib, qızı isə bıçaqlanıb

Ağstafa rayonunda evə basqın olunub.

101.az xəbər verir ki, hadisə rayonun Müseyib Allahverdiyev küçəsində yerləşən evlərdən birində baş verib.

İlkin məlumata görə, evə qarət məqsədi ilə basqın edilib. Basqın zamanı evdə yaşayan Tatyana Məmmədova yastıqla boğularaq öldürülüb, onun qızı Yelizaveta Rüstəm qızı Məmmədovaya isə bıçaqla xəsarət yetirilib.

Qeyd edək ki, hadisə zamanı T.Məmmədovanın azyaşlı nəvəsi Ulyana Məmmədova da evdə olub. Lakin azyaşlıya hər hansı xəsarət yetirilməyib.

Zərərçəkən Tatyana Məmmədovanın sözlərinə görə, onların evinə qarət məqsədilə basqın edilib və hadisə həmin şəxslər tərəfindən törədilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR