Lənkəranda əməliyyat - Saxlanılan var

Lənkəranda əməliyyat - Saxlanılan var

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Hüseynov saxlanılıb. Axtarış zamanı ondan 372 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR