Moldovada son sutkada koronavirusa yoluxanların sayı rekord həddə çatıb

Moldovada son sutkada koronavirusa yoluxanların sayı rekord həddə çatıb

Moldovada son sutka ərzində 868 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

101.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl 713 nəfərdə yoluxma aşkarlanmışdı.

Ümumilikdə isə Moldovada 49 666 yoluxma, 37 023 sağalma, 1264 ölüm qeydə alınıb.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR