Dağıstanda atasının qətlində şübhəli bilinən azərbaycanlı saxlanılıb

Dağıstanda atasının qətlində şübhəli bilinən azərbaycanlı saxlanılıb

Dağıstanın Xasavyurt şəhərində atasını öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. 101.az bildirir ki, bu barədə Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

“Şübhəli bilinən şəxs Rusiya Cinayət-Prosesual Məcəlləsinin 91-92-ci maddələri ilə saxlanılıb”, - məlumatda deyilir.

İstintaqın versiyasına görə, ata ilə oğul arasında münaqişə sentyabrın 25-də kirayə yaşadıqları mənzildə baş verib. Şübhəli bilinən şəxs 59 yaşlı atasını ağır şəkildə döyüb və boğaraq qətlə yetirib.

29 yaşlı kişi barəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR