Gürcüstan parlamentinin deputatı: “Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir”

Gürcüstan parlamentinin deputatı: “Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir”

“Azərbaycanın öz ərazi bütövlüyünün bərpa olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini tapmalıdır”.

“101.az” xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişələr həll olunmadığı halda silaha əl atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu gündür. Təəssüflər olsun ki, Gürcüstan da separatizmdən əziyyət çəkən dövlətlər sırasındadır. Azərbaycanın ərazi bütövlüyünün bərpasının tez bir zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə yol açacağına inanıram”.

©report
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR