Bioloqdan XƏBƏRDARLIQ - Koronavirusa bu yolla da yoluxa bilərsiniz

Bioloqdan XƏBƏRDARLIQ - Koronavirusa bu yolla da yoluxa bilərsiniz

Koronavirus infeksiyasından qorunmağın bir neçə məlum yolu var - fərdi qoruyucu vasitələr taxmaq, əlləri yumaq və antiseptiklərdən istifadə etmək. Bununla yanaşı, bir vacib məqam da var. İtlərlə gəzintidən sonra onları yuyundurmaq lazımdır, çünki virus hissəcikləri itlərin dərisinə çox asanlıqla hopur.

101.az xəbər verir ki, bu barədə Rusiya Milli Tədqiqat Texnoloji Universitetinin Fiziki Kimya kafedrasının dosenti, bioloq Georgi Frolov danışıb.

“Tük təbii materialdır, virus üzərində mükəmməl saxlanılır. Ancaq onu asanlıqla yumaq olar. Bununla birlikdə, tükün dezinfeksiyaedici vasitələrlə təmizlənməsi ev heyvanının sağlamlığına zərər verə biləcəyi üçün diqqətli olmalısınız. Ən yaxşı həll yolu sadəcə su ilə yumaqdır”, - ekspert açıqlamasında qeyd edib.

Frolov virus hissəciklərinin insan dərisindən yaxşı təmizləndiyini izah edib. Gündəlik gigiyena xüsusən küçəyə çıxdıqdan sonra xəstəliklərin qarşısını almağa kömək edəcək.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR