Gürcüstanda bir günə 887 yoluxma

Gürcüstanda bir günə 887 yoluxma

Gürcüstanda son sutka ərzində daha 887 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

101.az xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 15 min 327-yə çatıb.

Son sutkada 11 nəfərin vəfatı ilə bu virusdan ölənlərin sayı 124 nəfərə yüksəlib.

5 min 721 nəfər karantin rejimindədir, 836 nəfər xəstəxanalarda həkim nəzarətindədir və 1090 nəfər ixtisaslaşmış otellərdə müalicə olunur. 7 min 367 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR