"Neftçi"nin hücumçusu növbəti matçı da buraxacaq

"Neftçi"nin hücumçusu növbəti matçı da buraxacaq

"Neftçi" komandası Azərbaycan Premyer Liqasında VI turun "Sabah"la matçına itkilərlə çıxacaq.

101.az-ın məlumatına görə, paytaxt təmsilçisinin aparıcı futbolçularından hesab edilən Stiven Monrozun zədəsi hələ sağalmayıb.

30 yaşlı fransalı hücumçunun müalicəsi davam edir. Monrozdan əlavə, qapıçı Səlahət Ağayevin də xidmətindən yararlanmaq mümkün olmayacaq. Əsas heyətdəki yerini itirən 29 yaşlı qolkiper də zədəlidir.

Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlayacaq. Stiven Monroz son olaraq Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR