AFFA liqaların startını təxirə saldı

AFFA liqaların startını təxirə saldı

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqalarda 2020/2021 mövsümünün startı təxirə salınıb.

101.az xəbər verir ki, 17 - 23 oktyabrda keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları ertələnib.

Buna Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasına görə tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. Qurum matçların keçiriləcəyi tarixlər barədə əlavə məlumatların veriləcəyini bildirib.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR