Ərdoğan Azərbaycanı belə təbrik etdi

Ərdoğan Azərbaycanı belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

101.az xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevlə olan fotosunu paylaşaraq bu fikirləri qeyd edib:

“Can qardaşımız, can dostumuz Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR