Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının ''əhvalla işləyən'' baş həkim müavini

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının ''əhvalla işləyən'' baş həkim müavini

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Məmmədov Valeh Vədud oğlunun vətəndaşlarla kobud rəftarı və tutduğu vəzifədən sui-istifadə edərək, müraciət edən Azərbaycan Respublikasının vətəndaşı Əzizov Valeh Əminağa oğluna qarşı alçaldıcı rəftarından bəhs edəcəyik.

Vətəndaş Əzizov Valeh problemin ictimailəşdirilməsi üçün 101.az-a müraciət etdi. Belə ki, 4 may tarixində rəhmətə gedən atası Əminağa Əzizovun ölüm aktını imzalaması üçün Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, Baş həkim müavini Məmmədov Valeh Vədud oğluna müraciət edib.
O isə cavabında ‘’ bu gün əhvalim yoxdur heç bir iş görməyə’’ deyərək vətəndaşı naümid geri qaytardı.

Əzizov Valeh Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub yaşanan narahatlığı onlara bildirdi. Az sonra Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi llham Əliyev , müavini Məmmədov Valeh Vədud oğlu haqqında bu növ şikayətlərin tez-tez gəldiyini və töhmət verərək tənbeh etdiyini bildirdi.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR