"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi

"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi

"Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun II tur oyunu üçün təyinatlar açıqlanıb.

101.az-ın məlumatına görə, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

101.az ("Report")
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR