İran XİN başçısının müavini Azərbaycana səfər edəcək

İran XİN başçısının müavini Azərbaycana səfər edəcək

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycana səfər edəcək.

101.az xəbər verir ki, o, Bakıya bu gecə gələcək.

Səfər zamanı A.Əraqçi iki ölkə arasındakı dövlət sərhədinin təhlükəsizliyi məsələsini müzakirə edəcək.

Xatırladaq ki, Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan və İranın dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

Daha əvvəl “RİA Novosti” A.Əraqçinin Rusiya, Ermənistan və Türkiyəyə də səfər edəcəyini yazmışdı.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR