Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək

Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək

Rusiyada yaşayan həmyerlimiz Xəyal Canıyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinə yardım edib.

İdmançının dostlarının sosial şəbəkədə yaydığı məlumata görə, X. Canıyev Qarabağın işğaldan azad olunmasına dəstək məqsədilə Silahlı Qüvvələrin yardım fonduna 2200 manat köçürüb.

Qeyd edək ki, Xəyal Canıyev muay-tay boksu üzrə 4 qat Rusiya çempionu, 3 qat Avropa, 3 qat dünya çempionudur. Eyni zamanda Canıyev taylandlı döyüşçü Buakar Por Pramuk üzərində qələbə qazanmış yeganə idmançıdır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR