Baydenin koronavirus testinin nəticəsi məlum olub

Baydenin koronavirus testinin nəticəsi məlum olub

ABŞ prezidenti vəzifəsinə Demokrat partiyasından namizəd Cozef Bayden növbəti dəfə koronavirus testindən keçib.

Trend-in məlumatına görə, bu barədə siyasətçinin seçki qərargahından jurnalistlərə bildiriblər.

Məlumata əsasən, C.Baydenin koronavirus testinin nəticəsi mənfi olub: "Sabiq vitse-prezident C.Bayden COVİD-19 testindən keçib. Koronavirus aşkarlanmayıb".

Qeyd edək ki, daha əvvəl Cozef baydenin nümayəndələri onun bütün koronavirus testlərinin nəticələrini dərc edəcəklərini bildirmişdilər

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR