Dünyada həftəlik yoluxmada rekord

Dünyada həftəlik yoluxmada rekord

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 2,8 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

101.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son 7 gündə ölənlərin sayı isə 40 minə yaxın artıb. Bu, ötən həfə ilə müqayisə bir neçə min çoxdur.

Qeyd edək ki, dünyada ümumilikdə 43 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan bu virusdan dünyasını dəyişib, 32 milyondan çox insan isə sağalıb.


101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR