Hakerlər PSJ-nin transfer pulunu oğurlayıb

Hakerlər PSJ-nin transfer pulunu oğurlayıb

PSJ-nin 2019-cu ilin yanvarında “Zenit”dən aldığı yarımmüdafiəçi Leandro Paredes üçün “Boka Xuniors”a göndərdiyi həmrəylik ödənişini hakerlər oğurlayıblar.

101.az xəbər verir ki, 519 min avroluq məbləğ Argentina klubunun hesabına köçürülsə də, bir qrup haker tərəfindən mənimsənilib.

Həmrəylik ödənişinin ümumi məbləği 1,5 milyon avrodur. “Boka Xuniors” həmin pulun hamısını artıq alıb. Ancaq oğurlanan 519 min avro ilə bağlı axtarışlar davam edir.

Qeyd edək ki, “Boka Xuniors”un yetirməsi olan Leandro Paredes “Zenit”dən PSJ-yə 40 milyon avroya keçib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR