Ədliyyə işçilərinin zəfər bayramı

Ədliyyə işçilərinin zəfər bayramı

Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır. Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi ümumilli liderimizin uğurlu siyasətini davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident tərəfindən aparılan islahatlar hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlib.
Məhz bugün ölkə prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, uğurlu diplomatiyasının qələbəsini yaşayırıq. 30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə şanlı, güclü ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu zəfər Azərbaycan xalqının, onun liderinin və ordusunun gücünü bütün dünyaya göstərdi. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. 27 sentyabr 2020–ci il tarixdə başlayan ikinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatla sona çatdı. Tarixi əhəmiyyət kəsb edən bu bəyanat Ermənistanın məğlub olması deməkdir. Bu sənəd ərazilərimizin işğaldan azad olunmasının sonu, şanlı qələbəmizin təntənəsi deməkdir. 10 noyabr bəyanatı hər bir Azərbaycan vətəndaşının 30 ildən artıq müddətdə gözlədiyi qələbədir. Bu 44 günlük müharibə içində hər bir sahə düşmənlə mübarizədə bir cəbhə idi. Bu tendensiya hətta beynəlxalq ictimaiyyət və  xarici media gündəmində müzakirə mövzusudur. Hər kəs Azərbaycan Ordusunun gücünü gördü. Hər kəs Azərbaycan ordusunun və hərbi potensialının nəyə qadir olduğunun şahidi oldu. Qələbə hissini yaşamaq gözəl bir hissdir.

Torpaqlarımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Eşq olsun Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Mən də Ədliyyə Nazirliyinin əməkdaşı kimi xalqımızı zəfər bayramı və Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Naftalan şəhər Qeydiyyat şöbəsinin
rəisi vəzifəsini icra edən
Aytəkin Dilqəm qızı Səmədzadə


101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR